“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun yayda yüksək səviyyəli transferlər edib-etməyəcəyi haqda sualı cavablayıb.
Arena.az Laportanın bu barədə cavabını təqdim edir:
“Heyəti gücləndirəcək bir-iki əlavə olacaq. Tarazlı komanda olan qurduğumuzu korlaya biləcək oyunçulara sərmayə qoymağa ehtiyac görmürəm”, deyə Laporta vurğulayıb.
Joan Laporta 26 yaşlı holland mərkəz yarımmüdafiəçisi Frenki de Yonqla 2026-cı ilin yayında başa çatacaq əmək müqaviləsinin müddətinin uzadılması mövzusunda da söhbət açıb:
“Bəli, o, “Barselona”da xoşbəxtdir. “Barselona”dan ayrılmaq, onun ən son istədiyidir. O, mənə bir neçə dəfə deyib ki, buranı çox sevir.
Biz bundan məmnunuq. Əgər kimsə klubdan getmək istəyirsə, o zaman futbolçunun iradəsinə qarşı gedə bilmərik. Amma düşünürəm ki, hamı qalmaq istəyir, biz də istəyirik ki, bizdə olanların hamısı qalsın”, deyə Laporta vurğulayıb.
“Ayaks” akademiyasının yetirməsi olan Frenki De Yonq 2019-cu ilin yayından “Barselona”da çıxış edir. O, 2023/2024 mövsümündə Kataloniya təmsilçisinin heyətində 27 oyuna çıxıb, 2 qol vurub.
De Yonqun “Barselona” karyerası bütövlükdə 210 oyun, 17 qol və 21 məhsuldar ötürmədən ibarətdir. O, daha öncə “Ayaks”dan başqa “Villem II” komandasının da formasını geyinib.
Frenki De Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland milli komandasının heyətində 54 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı De Yonqu 70 milyon avro məbləğində qiymətləndirir.