“Las Palmas” “Real”ın sabiq üzvü ilə gücləndi

Yeni mövsümdən İspaniya La Liqasında mübarizə aparmaq hüququ qazanan “Las Palmas” yarımmüdafiəçi Xavyer Munyos ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Eybar”dan azad agent kimi ayrılan 28 yaşlı ispan futbolçu ilə 2 illik (2025-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Xavyer Munyos Madrid “Real”ının yetirməsi olsa da, əsas komandada cəmi 1 oyun keçirib. O, karyerası ərzində “Lorka”, “Alavaes”, “Real Ovyedo”, “Tenerife”, “Mirandes” kimi klubların uğurları üçün çalışıb. 2021-ci ilin yayından “Eybar”da forma geyinən yarımmüdafiəçi bu komandada 83 matça çıxıb, 3 qol və 5 assistlə yadda qalıb.

“Las Palmas” müdafiəçi Sidney, yarımmüdafiəçilər Vilfrid Kaptum və Oskar Klemente, eləcə də hücumçu Florin Andone ilə də yollarını ayırıb. Bu oyunçuların klubla müqaviləsinin müddəti bu ayın sonunda bitir. Onlarla yeni sözləşmə imzalamağa ehtiyac duyulmayıb.