“Latsio” B Seriyasına göndərilə bilər – Saxtakarlığa görə

İtaliyanın “Latsio” klubu B Seriyasına göndərilə bilər.

Arena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Paytaxt klubunun koronavirus testi müsbət çıxan bir futbolçunu A Seriyası matçında oynatdığı və protokol qaydalarına əməl etmədiyi iddia olunur.

Məsələ ilə bağlı İtaliya Federal Məhkəməsi tərəfindən araşdırma başladılıb. “Latsio”nun qaydaları pozduğu təsdiqlənsə, klubu çox ciddi cəzalar gözləyir. Belə ki, paytaxt təmsilçisinin xalları silinə, hətta komanda B Seriyasına göndərilə bilər.

Qeyd edək ki, “Latsio” İtaliya A Seriyasında bu mövsüm 7-ci sırada qərarlaşıb.