Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Spetsiya” doğma meydanda “Venetsiya”ya, “Latsio” isə “Sassuolo”ya qalib gəlib. “Torino” da səfərdə “Salernitana”nı minimal hesabla üstələyib.
Turun mərkəzi qarşılaşmasında “Yuventus”la “İnter” münasibətlərinə aydınlıq gətirəcəklər. Turin təmsilçisi A Seriyasında ardıcıl 4 oyundur qalib gəlir. “Neradzurra” isə son 4 matçda yalnız 1 dəfə meydanı 3 xalla tərk edib.
Çempionatın lideri “Milan” isə evdə “Bolonya” ilə üz-üzə gələcək. Bu komandaların ilk dövrədəki qarşılaşması olduqca dramatik alınmışdı. Milan klubu 9 nəfərlə qalan rəqibini çətinliklə 4:2 hesabı ilə məğlub etmişdi.
“Atalanta”nın qonağı olacaq “Napoli” A Seriyasında bu komanda ilə son iki görüşdə məğlub olub.
İtaliya A Seriyası
31-ci tur
2 aprel
Spetsiya – Venetsiya 1:0
Qol: Qyasi, 90+4.
Latsio – Sassuolo 2:1
Qol: Lazzari, 17. Saviç, 51 – Traore, 90+4.
Salernitana – Torino 0:1
Qol: Belotti, 18-pen.
3 aprel
14:30. Fiorentina – Empoli
17:00. Udineze – Kalyari
17:00. Atalanta – Napoli
20:00. Sampdoriya – Roma
22:45. Yuventus – İnter
4 aprel
20:30. Verona – Cenoa
22:45. Milan – Bolonya


