Laurentsiu Regekampfın köməkçiləri müəyyənləşdi

Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın köməkçiləri bəlli olub. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 42 yaşlı Viorel Dinu köməkçi məşqçi təyin olunub. 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Hər iki mütəxəssislə 2 illik müqaviləyə imza atılıb.

Qapıçılar üzrə məşqçi isə 53 yaşlı Florin Aleksandru olacaq. Onunla yaxın günlərdə müqavilə bağlanacaq.

Hər üç rumıniyalı mütəxəssis bundan əvvəl də baş məşqçi Laurentsiu Regekampfla birgə çalışıb. Regeqampfın köməkçiləri bu gündən yeni işlərinin icrasına başlayıblar.