Argentinanın “Veles Sarsfild” klubunun mərkəz müdafiəçisi Lautaro Canetti bundan sonra “Udineze”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
30 yaşlı futbolçu A Seriyası təmsilçisinə azad agent kimi keçib. O, İtaliya klubu ilə 2,5 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Lautaro Canetti “Veles Sarsfild”in öz yetirməsidir. Onun bütün karyerası elə bu klubda keçib. Təcrübəli müdafiəçi Argentina nəhəngində 200 oyun keçirib. O, bu oyunlarda 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Canetti vaxtilə Argentinanın U-20 və U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.