Leon Qoretska qolunu sındırdı, əməliyyat olundu

“Bayern”in alman mərkəz yarımmüdafiəçisi Leon Qoretska Bundesliqa çərçivəsində “Maynts”la oyunda (3:1) qolunu sındırıb.

Arena.az “Bayern”in rəsmi saytına istinadən məlumat verir ki, Qoretska bazar günü cərrahi əməliyyat masasına qaldırılıb və uğurla əməliyyat edilib.

Yarımmüdafiəçinin qarşıdakı oyunları buraxacağı bildirilir. Hazırda Qoretska müalicə keçir.

Leon Qoretska “Bayern”ə 2018-ci ilin iyulunda “Şalke”dən azad agent qismində keçib. Yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Leon münhenlilərin heyətində 12 oyuna 2 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 55 oyun keçirib, 14 qol vurub, 11 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı Leon Qoretskanı 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: