“Monako”nun sabiq baş məşqçisi Leonardo Jardim özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”ı çalışdıracaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Amma portuqaliyalı məşqçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Leonardo Jardim 2019-cu ilin dekabrından işsiz idi. O, son olaraq “Monako”nu çalışdırıb. Portuqaliyalı mütəxəssis qısa fasiləni çıxmaq şərtilə 2014-cü ildən bu komandaya rəhbərlik edirdi. Knyazlıq təmsilçisi 2016/17 mövsümündə bu mütəxəssisin rəhbərliyi altında Fransa çempionu da olub.
Jardim daha öncə “Braqa”, “Sportinq” (Lissabon) və “Olimpiakos”u da çalışdırıb.