“Bayern”in almaniyalı sağ cinah hücumçusu Leroy Sane Münhen klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, Sanenin bu barədə cavabını təqdim edir:
“Mən “Bayern”də özümü yaxşı hiss edirəm. Hər şey yaxşıdır. Gəlin görək, gələcəkdə nə olacaq. Hər bir futbolçu özünü sübut etməlidir, mən də bu xüsusda istisna deyiləm. Mənim üçün əsas olanı, komandaya kömək etməkdir. Biz eyni ruhda davam etməliyik. Mövsümün birinci dövrəsi başa çatıb, komandada hər kəs baş verənlərdən həzz alır, düşünürəm ki, azarkeşlər bunu görürlər. Biz güclü tərəflərimizin nə olduğunu bilirik, onlardan meydanda istifadə etməyə davam etməliyik”, deyə Sane vurğulayıb.
Leroy Sane futbola “Vattenşayd” klubunda qədəm qoyub. Leroy “Şalke” və “Bayer”in futbol akademiyalarında oynayıb, böyük futbolda “Şalke”nin heyətində debüt edib və buradan da “Mançester Siti”yə keçib.
2020-ci ilin iyulunda “Bayern” 49 milyon avro məbləğ müqabilində Saneni “şəhərlilər”in düşərgəsindən tamhüquqlu əsasda öz heyətinə qatıb. Sanenin Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Sane “Bayern”in heyətində bütün yarışlarda 21 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Sanenin “Bayern”dəki çıxışının ümumi mənzərəsi 196 oyun, 55 qol və 51 məhsuldar ötürmədən ibarətdir.
Leroy Sane 2015-ci ilin noyabırnda debüt etdiyi Almaniya yığmasının heyətində 67 oyun keçirib, 14 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı almaniyalı sağ cinah hücumçusu Leroy Sanenin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


