İngiltərənin “Lester Siti” klubu hücumçusu Keleçi İheanaço ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədərdir.
İheanaço bu mövsüm “Lester Siti”nin heyətində 28 oyuna çıxıb, 12 qola imza atıb. Nigeriyalı futbolçu 2017-ci ildən İngiltərə klubunun uğurları üçün çalışır. Nigeriya milli komandasının forvardı daha öncə yetirməsi olduğu “Mançester Siti”də də oynayıb.


