Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun “Liverpul”la ev oyunu “Lester Siti” üçün xoşagəlməz antirekordla nəticələnib.
Arena.az məlumat verir ki, “tülkülər” bu görüşdə 0:1 hesablı məğlubiyyətə üzülüblər.
Nəticədə Lester təmsilçisi yarışın bitməsinə beş tur qalmış aşağı liqaya yuvarlanıblar ki, bu da İngiltərə Premyer Liqası tarixində mütləq antirekorddur.
33 oyundan 18 xalla “Lester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Tülkülər” Premyer Liqada qalmağa imkan verən 17-ci pillənin 36 xalla sahibi “Vest Hem”ə çatmaq imkanından riyazi olaraq məhrum olublar.
33 oyundan 79 xal toplamış “Liverpul” isə İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir.