“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski alman mütəxəssis Hansi Flikin bu kluba təyinatı haqda fikrini bildirib.
Arena.az AS dərgisinə istinadən, polyak futbolçunun bu barədə fikrini təqdim edir:
“Qarşıdan nəsə bir yenilik gəlir. Keçmişdə olduğundan daha çox işləməli olduğumuzu bilirik. Əgər nəsə qazanmaq istəyiriksə, bu, yeganə yoldur. Klubda çoxlu imkanımız var, amma komanda kimi fəaliyyət göstərməliyik. Ən yaxşısını verməyə çalışmalısan.
Xavi? O, əla iş gördü və çətin zamanda gəldi. Xavi “Barselona” ilə çox duyğusalcasına bağlıdır, bəzən isə bu, asan deyil. O, əla iş gördü, buna rəğmən, son anlar nə onun üçün, nə də bizim üçün mükəmməl deyildi. Aydın olan odur ki, o, kluba gələndə hər şeyi dəyişdi və bu, gözlənilməz idi. Mən fəxr edirəm ki, o vaxt Xavinin rəhbərliyi altında idim”, deyə Levandovski vurğulayıb.
Xatırladaq ki, alman mütəxəssis Hans-Diter Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.