“Levante” baş məşqçisini istefaya göndərdi

İspaniyanın “Levante” klubu baş məşqçi Pako Lopeslə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Lopeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın ardıcıl 3 oyunda məğlubiyyətlə üzləşməsi səbəb olub.

Pako Lopes 2018-ci ildən “Levante”yə rəhbərlik edirdi. O, daha öncə bir il də bu klubun əvəzedici komandasını çalışdırıb. Valensiya təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında 147 oyun keçirib, 49 qələbə qazanıb, 41 heç-heçə edib, 57 məğlubiyyətə üzülüb.

“Levante” La Liqanın cari mövsümündə keçirdiyi 8 oyunda cəmi 4 xal qazanıb və 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.