Futbol üzrə Almaniya kubokunun 2021/22 mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda “Leypsiq” və “Frayburq” komandaları üz-üzə gəlib.
Berlindəki Olimpiya stadionunda baş tutan və 75 minə yaxın azarkeşin izlədiyi qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə bitib. Hesabı “Frayburq” açsa da, matçın sonlarına yaxın “Leypsiq” hesabı bərabərləşdirib. Əlavə yarım saatda hesab dəyişməz qalıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Leypsiq” Almaniya kubokunun qalibi olub.
Qeyd edək ki, bu, “Leypsiq”in tarixində ilk belə uğurdur. Sözügedən komanda daha öncə iki dəfə Almaniya kubokunda finala yüksəlsə də, məğlub olmuşdu. “Frayburq” isə ümumiyyətlə tarixində ilk dəfə kubokun finalına yüksəlmişdi və birinci cəhdində uğur qazana bilməyib.
Almaniya kuboku
Final
21 may
Frayburq – Leypsiq 1:1 (penaltilər 2:4)
Qol: Eggeştayn, 19 – Nkunku, 76.


