“Leypsiq” “Ayaks”ın hücumçusu ilə gücləndi

Almaniyanın “Leypsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Niderland nəhəngi “Ayaks”dan Brayan Brobbini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Brobbi yayda “Leypsiq”in düşərgəsinə qoşulacaq.

Brobbi bu mövsüm “Ayaks”da 26 oyuna çıxıb və 13 qola imza atıb.