“Leypsiq” Milad bayramına özəl futbol geyimi dəstini təqdim etdi

Almaniya Bundesliqasının təmsilçisi “Leypsiq” Milad bayramı münasibətilə klubun məhdud sayda futbol geyimi dəstini təqdim edib.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Dəstin köynəyi qırmızı məxmərdən hazırlanıb, klub və əməkdaşlıq tərəfdaşı olan “Puma” brendinin loqoları isə qızılı tikmə ilə işlənib. Ümumilikdə klub bu dəstin 2009 nüsxəsini istehsal edəcək ki, bu da klubun yarandığı illə bağlı xüsusdur.

Köynəyin hər biri özünəməxsus nömrəsi olan xüsusi metal qutuda çatdırılacaq. Qablaşdırmaya köynək surətində bişinti (peçenye) kəsici də daxildir. Məhdud dəstin qiyməti 139,95 avro məbləğindədir.

“Leypsiq” klubu 2009-cu ilin may ayının 19-da təsis edilib. Klubun səhmlərinin 99%-i “Red Bull” şirkətinə məxsusdur. “Öküzlər”in baş məşqçisi alman mütəxəssis Marko Rozedir.

Cari mövsüm Alamniya Bundesliqasının 12 turundan sonra 21 xal toplamış bu komanda yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Əlavə edək ki, futbol tarixi baxımından çox-çox gənc hesab edə biləcəyimiz “Leypsiq” böyük iddialara malik klubdur.