Li Karsli Finlandiya millisi üzərində qələbəni şərh etdi

Futbol üzrə İngiltərə millisinin müvəqqəti baş məşqçisi Li Karsli UEFA Millətlər Liqasında Finlandiya yığması üzərində qələbəsini şərh edib.

Arena.az xatırladır ki, “üç şir” yarışın B Liqasının 2-ci qrupunun 2-ci turu çərçivəsində “Uembli”də baş tutan bu oyunda “yapalaqlar” üzərində 2:0 hesablı qələbə qazanıb.

“Çıxışımız yaxşı və həqiqətən həyəcanlı idi. Biz, onların əks-hücumlarında hansı fəsadların ola biləcəyi və keçid mərhələsində formamızı necə yaxşılaşdıracağımız haqda danışmışdıq.

Bu, güclü toplanış idi, ədalətlə demək olar ki, əvvəllər də yaxşı işlər görülmüşdü və biz bunun üzərində tərəqqiyə çalışdıq”, – Karsli matçdan sonrakı mətbuat konfransında bildirib.

Li Karsli “üç şir”in hücumçusu Harri Keynin çıxışı haqda da söhbət açıb. İrland mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“Onun məşqetmə tərzi və özünü aparma üslubu… Təsəvvür etdiyiniz kimi, o, hətta məşqdə də əla tamamlayıcıdır. Onun yaxşı meylləri olduğu üçün oyunlarda qol vurması təəccüblü deyil.
O, digər oyunçular üçün gözəl nümunədir”, deyə Karsli vurğulayıb.

Xatırladaq ki, Keyn Finlanlandiya yığması ilə ev oyununda rəqib qapısından iki qol keçirərək, İngiltərə millisinin 2:0 hesablı qələbəsini təmin edib.

2 turdan sonra İngiltərə yığması B Liqasının 2-ci qrupunda 6 xalla 2-ci pillədə qərarlaşıb. Eyni miqdarda xal toplamış Yunanıstan yığması “üç şir”i daha yaxşı top fərqinə görə qabaqlayaraq, qrupa başçılıq edir. Xalsız İrlandiya və Finlandiya yığmaları isə müvafiq olaraq 3-cü və 4-cü yerdə qərarlaşıblar.