Liam Delap “Mançester Siti”ni Acunun klubuna dəyişdi

İngiltərənin “Mançester Siti” klubunun gənc hücumçusu Liam Delap icarə əsasında Çempionşip təmsilçisi “Hall Siti”yə keçib.

Arena.az xəbər verir ki, Mançester klubu 20 yaşlı futbolçusunu bir mövsümlük icarəyə verib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Liam Delap “Mançester Siti”nin yetirməsidir. İngilis hücumçu “şəhərlilər”in əsas komandasında meydana çıxdığı 6 oyunda 1 qol da vurub. O, daha öncə icarə əsasında “Stok Siti” və “Preston Nord End” klublarında da çıxıb edib. Gənc hücumçu İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.

Xatırladaq ki, “Hall Siti” klubunun sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.

Xəbəri istədiklərinizlə paylaşın