Lider uduzdu, “Neftçi” darmadağına sevindi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Neftçi”nin əvəzediciləri səfərdə “Kəpəz”lə qarşılaşıb və darmadağına seviniblər.

Lider “Zaqatala” isə “Qaradağ Lökbatan”ın qonağı olub. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb.

Tura sabah keçiriləcək üç qarşılaşma ilə yekun vurulacaq.

Birinci Divizion
17-ci tur
11 mart

Kəpəz – Neftçi-2 0:3
Qol: Nazim Məmmədzadə, 21. Seymur Əliyev, 75. Vüsal Əsgərov, 90-pen.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Tərlan Talıbzadə, Tural Qurbanov.
Gəncə şəhər stadionu, 14:00.

Qaradağ Lökbatan – Zaqatala 3:2
Qol: Elnur Səmədov, 74; 79. Orxan Əliyev, 90+4 – Xəqani Sadıxov, 66. Bəhruz Teymurov, 70.
Hakimlər: Səbuhi Bayramov, Namiq Hüseynov, Vüqar Bayramov, Fərid Hacıyev.
Lökbatan Olimpya İdman Kompleksinin stadionu, 15:00.

12 mart

Turan Tovuz – Sabah-2
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Taleh Məmmədov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 14:00.

Sumqayıt-2 – MOİK
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Rəhman İmami, Fərid Hacıyev.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.

Keşlə-2 – Qarabağ-2
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
“ASK Arena”, 15:00.