“Lill” özünə yeni baş məşqçi tapdı

Fransanın “Lill” klubunun yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Joslen Qurvennek çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı fransız mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Joslen Qurvennek son olaraq 2018/19 mövsümündə “Genqam”a rəhbərlik edib. O, məşqçiliyə 2008-ci ildə “La Roş” komandasında başlayıb və 2 il bu komandaya rəhbərlik edib. 2010-2016-cı ildə “Genqam”ı çalışdıran fransalı məşqçi, 2016-2018-ci illərdə “Bordo”nun “sükanı” arxasında işləyib. 2018-ci ildə yenidən “Genqam”a qayıdan Qurvennekin bu komandadakı ikinci dönəmi uğursuz olub.

Qeyd edək ki, “Lill” ötən mövsümdə Liqa 1-in qalibi olub. Komandanı geridə qalan mövsümdə çalışdıran Kristof Qaltye bu yay istefa verib və “Nitsa”nın baş məşqçisi təyin olunub.

“Lill”də Türkiyə millisinin üzvləri Burak Yılmaz, Zeki Çelik və Yusuf Yazıcı da çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: