“Lill” Paulo Fonseka ilə 2 illik müqavilə bağladı

Fransanın “Lill” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Paulo Fonseka çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Fonseka bu postda bir müddət öncə istefaya göndərilmiş Joslen Qurvenneki əvəz edib. Hansı ki, 50 yaşlı mütəxəssisin istefasına komandanın geridə qalan mövsümdə uğursuz çıxışı səbəb göstərilir. Belə ki, “Lill” Liqa 1-də son mövsümü 55 xalla 10-cu sırada tamamlayıb. Komanda bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 49 matça çıxıb, 19 qələbə qazanıb, 15 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb. O, ötən mövsümün əvvəlində baş məşqçi təyin olunmuşdu.

Paulo Fonsekanın sonuncu iş yeri isə İtaliyanın “Roma” komandası olub. O, 2019-cu ildən çalışdırdığı bu komandadan ötən ilin yayında ayrılmışdı. Portuqaliyalı mütəxəssis daha öncə “Şaxtyor” (Donetsk), “Braqa”, “Pasoş de Ferreyra”, “Portu” və “Aves” kimi komandalara da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: