“Lill” Qurvennek ilə yollarını ayırdı

Fransanın “Lill” komandasının baş məşqçisi Joslen Qurvennek istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

50 yaşlı mütəxəssisin istefasına komandanın geridə qalan mövsümdə uğursuz çıxışı səbəb olub. Belə ki, “Lill” Liqa 1-də son mövsümü 55 xalla 10-cu sırada tamamlayıb. Komanda bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 49 matça çıxıb, 19 qələbə qazanıb, 15 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Joslen Qurvennek bu komandaya mövsümün əvvəlində baş məşqçi təyin olunmuşdu. O, daha öncə “Genqam” və “Bordo”da da baş məşqçi kimi çalışıb.