“Lill”də aprel ayının ən yaxşısı – Burak Yılmaz!

Fransanın “Lill” klubunda aprel ayının ən yaxşı futbolcusu müəyyənləşib.

Arena.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu Burak Yılmaz Liqa 1 təmsilçisində ayın ən yaxşısı seçilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, azarkeşlər arasında keçirilən sorğu nəticəsində ən yaxşı elan edilb.

Qeyd edək ki, Burak aprel ayında “Lill”in heyətində 4 oyuna çıxıb. 35 yaşlı forvard bu görüşlərdə 3 qola imza atıb.

Türkiyəli futolçu dekabr ayında da bu komandanın ən yaxşısı seçilmişdi.

Liqa 1-də bu mövsüm 25 oyuna çıxan Burak Yılmaz, 13 qol vurub. O, hazırda komandasının ən məhsuldar futbolçusudur.

“Lill”də Burakla yanaşı, daha iki türkiyəli futbolçu – Yusuf Yazıçı ilə Zeki Çelik də forma geyinir. Bu komanda cari mövsümdə 35 oyuna topladığı 76 xalla vahid liderdir.