Lion “Olimpik”i (Fransa) heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Çelsi” klubundan Emersonu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi 2021/22 mövsümünün sonuna kimi Lion klubunda çıxış edəcək.
Braziliyanın “Santos” klubunun yetirməsi olan sol cinah müdafiəçisi, “Roma”dan əvvəl İtaliyada “Palermo”nun da fromasını geyinib. Braziliya əsilli italiyalı futbolçu millidə 19 matça çıxıb.