Lion “Olimpik”indən darmadağın

Futbol üzrə Fransa çempionatında 24-cü tura start verilib.

Arena.az xəbər verir ki, turun açılış matçında “Loryan” doğma meydanda “Reyms”i qəbul edib və minimal hesabla qalib gəlib.

Lion “Olimpik”i doğma meydanda “Strasburq”u darmadağın edib.

“Lans” – “Renn” görüşündə isə qapılara qol vurulmayıb.

Fransa Liqa 1
24-cü tur
6 fevral

Loryan – Reyms 1:0
Qol: Aberqel, 53.

Olimpik (Lion) – Strasburq 3:0
Qol: Depay, 20; 68. Ekambi, 30.

Lans – Renn 0:0

7 fevral

16:00 Brest – Bordo
18:00 Monpelye – Dijon
18:00 Nitsa – Anje
18:00 Nim – Monako
18:00 Sent-Etyen – Mets
20:00 Nant – Lill
00:00 Olimpik (Marsel) – PSJ