Lion “Olimpik”indən Türkiyə klubuna

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı Ekrem Kılıçarslanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı qolkiperlə 2.5+1 illik müqavilə imzalanıb. Kılıçarslan buna qədər “Əskişəhərspor” klubunda forma geyinib.

“Hatayspor” Fransanın “Olimpik” (Lion) klubunun müdafiəçisi Yussuf Konenin də keçidini həll edib. Türkiyə klubu hələlik bu transferi rəsmi olaraq açıqlamasa da, Lion təmsilçisi 25 yaşlı futbolçunun mövsümün sonuna qədər “Hatayspor”da çıxış edəcəyini rəsmi saytı vasitəsilə bəyan edib.

Fransız sol cinah müdafiəçisi mövsümün ilk dövrəsini icarə əsasında “Elçe”də keçirib. Kone La Liqada 3 oyuna çıxıb.