Lionel Messi 2025-ci il FIFA Klub Dünya Kubokunda oynaya bilər

MLS təmsilçisi “İnter Mayami” ilk dəfə 32 komandanın iştirak edəcəyi 2025-ci il FIFA Dünya Kubokunda çıxış edə bilər.

Arena.az bu barədə “Goal” dərgisinə istinadən məlumat verir.

MLS-i qarşıdakı yarışda 2022-ci il CONCACAF Çempionlar Liqasının qalibi “Sietl Saunders” təmsil edəcək. ABŞ-ın daha bir klubunun yarışda iştirakına isə dəvət əsasında icazə veriləcək. Ehtimal edilir ki, bu, məhz “İnter Mayami” ola bilər.

“Vağlar”ın baş məşqçisi, argentinalı mütəxəssis Xerardo Martino “İnter Mayami”nin yarışda iştirak etmək istədiyini vurğulayıb.

Xatırladaq ki, “İnter Mayami”nin heyətində “Barselona”nın keçmiş ulduzları – Jordi Alba, Serxio Buskets, Luis Suares və Lionel Messi yer alıblar.

Vurğulanır ki, heyəti ulduzlarla zəngin “İnter Mayami”nin yarışda iştirakı istər FIFA-nın və istərsə də yerli təşkilatçıların maliyyə maraqlana uyğundur. Belə ki, bu gedişlə reklam tədbirlərindən xeyli qazanc əldə etmək mümkündür.