Lionel Messi ailəvi şəklini paylaşdı

Argentina milli komandasının və “İnter Mayami”nin hücumçusu Lionel Messi həyat yoldaşı və üç oğlu ilə ailəvi şəklini paylaşıb.

Arena.az məlumat verir ki, şəkildə “Leo” ailəsinin yanında xoşbəxt görünüşü ilə diqqət çəkib.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Argentinalı ulduzun amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Lionel Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Leo” “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.