Lionel Messi DÇ-2022-də oğulları ilə bağlı təsirli əhvalatı yada saldı

Argentina yığması və “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi Qətərdəki DÇ-2022-də oğulları ilə baş vermiş təsirli hadisəni danışıb.

Arena.az məlumat verir ki, söhbət qrup mərhələsinin 1-ci turunda Argentina – Səudiyyə Ərəbistanı oyununda (1:2) məğlubiyyətə Lionelin övladlarının qarşılığında gedir:

“Səudiyyə Ərəbistanı ilə oyundan sonra Mateo stadionu göz yaşları içində tərk etdi. Tyaqo riyaziyyatla məşğul idi və onu sakitləşdirmək istəyirdi və Mateoya izah etdi ki, əgər növbəti oyunların hər ikisində qalib gəlsək, təsnifatı keçəcəyik və qrupdan çıxacağıq”, – “Barça Worldwide” dərgisi “Leo”nun xatirəsini təqdim edib.

Xatırladaq ki, Argentina yığması Səudiyyə Ərəbistanı kollektivinə gözlənilməz məğlubiyyətindən sonra Polşa və Meksika komandaları ilə qrup mərhələsinin növbəti iki oyununda qalib gələrək ələmə mərhələsinə yüksəlmişdi. Məlum olduğu kimi, argentinalılar final oyununda Fransaya yığmasına qalib gələrək dünya çempionu adını qazanmışdılar.

Xatırladaq ki, hazırda Messi zədəsinin müalicəsi ilə məşğuldur.

Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.