Argentinalı ulduz hücumçu Lionel Messi geridə qalmış mövsümdə Fransa çempionatının (Liqa 1) ən yaxşı əcnəbi futbolçusu seçilib.
Arena.az bu barədə turnirin rəsmi saytına istinadən xəbər verir.
Messi PSJ-nin heyətində Fransa çempionatının 32 oyununda meydana çıxıb. O, bu oyunlarda 16 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
Messinin sabiq komanda yoldaşı Kilian Mbappe isə PSJ-nin heyətində milli çempionatın 34 oyununda 29 qol vurub, 6 məhsuldar ötürmə verib. O, turnirin ən sərrast futbolçusu olmaqla yanaşı, ən yaxşı oyunçusu adını qazanıb.
PSJ 2022/2023 mövsümünü çempion olaraq başa vurub, Paris təmsilçisi 85 xal toplayıb. 84 xal toplamış “Lans” “gümüş”lə kifayətlənib. Marsel “Olimpik”i 73 xalla üçüncü, 68 xal toplamış “Renn” isə 4-cü yeri tutaraq fəxri mükafatçı olub.
Lionel Messi mövsümün bitməsi ilə PSJ-dən azad agant qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.