Fransa çempionu PSJ-nin artıq sabiq hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”dən rəsmi təklif alıb.
Arena.az “Marca”ya istinadən xəbər verir ki, amerikalılar argentinalı ulduza 3 illik müqavilə təklifi ilə rəsmi müraciət ünvanlayıblar.
Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanından “Əl-Hilal” klubu da Messiyə mövsümə 400 milyon dollar əməkhaqqı məbləğində rəsmi təklif etmişdi.
Ulduz futbolçunun keçmiş klubu “Barselona”ya qayıdışı da istisna edilmir.
Vurğulayaq ki, Messi cari mövsümün başa çatması ilə PSJ-dən ayrılıb. Messi Liqa 1-in son turu çərçivəsində doğma meydanda “Klermon”u qəbul edən parislilərin heyətində 90 dəqiqə meydanda olub və komandası 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb. Argentinalı ulduz oyun ərəfəsində, oyun zamanı və oyundan sonra azarkeşlər tərəfindən fitə basılıb.
Lionel Messi cari mövsümdə PSJ-nin heyətində 41 oyunda 21 qol, 20 məhsuldar ötürmə ilə fərqlənib.