Lionel Messi PSJ ilə vidalaşdı

Liqa 1 çempionu PSJ-nin ulduz hücumçusu Lionel Messi mövsümün sonunda Fransa klubundan ayrılacağını açıqlayıb.

Arena.az insyader Fabrisio Romanonun “Twitter” hesabına istinadən Messinin sözlərini diqqətinizə çatdırır:

“PSJ-ni təmsil etdiyim üçün xoşbəxt idim. Bu komandada belə yaxşı futbolçularla oynamaq mənə çox xoş idi. Parisdəki heyrətamiz təcrübəyə görə kluba təşəkkür etmək istəyirəm”.

Xatırladaq ki, 35 yaşlı Lionel Messi PSJ-yə 2021-ci ildə keçib. Argentinalı ulduz hücumçunun klubla iki illik müqaviləsi bu il iyunun sonunda başa çatacaq.

Daha əvvəl PSJ-nin baş məşqçisi Kristof Qaltye mətbuat konfransında Messinin bu gün, iyunun 3-də parislilərin heyətində son oyununu keçirəcəyini bildirmişdi. Öz növbəsində, PSJ mütəxəssisin Messinin gedişini bu şəkildə elan etməsi ilə bağlı təkziblə çıxış edərək, “son çıxış” ifadəsinin bu mövsümə aid olmasını vurğulamışdı.

Xatırladaq ki, Messi uğrunda Səudiyyə Ərəbistanından, ABŞ-dan, İngiltərdən olan klublar mübarizə aparırlar. Futbolçunun özü “Barselona”ya meylli olsa da, Kataloniya təmsilçisi hələ rəsmi təkliflə çıxış etməyib. Buna baxmaraq, klub Messinin xidmətində maraqlı olduğunu gizlətmir. PSJ də hücumçusunu əldən buraxmaq niyyətində deyil.

Messi cari mövsümdə 40 oyunda PSJ-nin şərəfini qoruyub, 21 qol vurub, 20 məhsuldar ötürmə verib.