Lionel Messi zədədən sonra məşqlərini bərpa edib

“İnter Mayami”nin argentinalı superulduzu Lionel Messi Cümə axşamı və Cümə günləri komandası ilə tam məşqlərə çıxıb.

Arena.az ESPN-ə istinadən məlumat verir ki, 36 yaşlı hücumçu ayağından aldığı zədə səbəbindən “vağlar”ın son dörd oyununda iştirak etməyib və bu müddətdə ilk dəfə olaraq tam məşqlərini bərpa edib.

“O, Cümə axşamı və Cümə günləri məşq edib. Onun vəziyyəti günbəgün yaxşılaşır”, – “İnter Mayami”nin baş məşqçisi Xerardo Martinonun köməkçisi Xavyer Morales jurnalistlərə bildirib.

Vurğulanır ki, Lionel Messi MLS müntəzəm çempionatı çərçivəsində oktyabrın 8-də “İnter Mayami”nin “Sinsinnati”yə qarşı keçirəcəyi ev oyununda meydana qayıda bilər. “İnter Mayami” də sosial şəbəkələrindən birində Messinin şəklini ispan dilində “sabah görüşərik” yazısı ilə yayımlayaraq, argentinalının bu oyunda iştirak edə biləcəyinə işarə vurub.

31 oyundan sonra 33 xalla toplamış “İnter Mayami” MLS-in Şərq Konfransında 14-cü pillədə qərarlaşıb. “Vağlar” 9-cu pillədə olan “Klöb de Fut Monreal”dan 5 xal geri qalırlar.

Xatırladaq ki, məhz bu pillədən etibarən klublar pley-in oyunlarında iştiraka vəsiqə qazanırlar. Müntəzəm çempionatın son iki oyununda “İnter Mayami” oktyabrın 19-da evdə və oktyabrın 22-də səfərdə “Şarlott” ilə qarşılaşacaq.

Messinin bu həlledici oyunların birincisində iştirakı böyük sual atındadır. Belə ki, argentinalı hücumçu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Paraqvay və oktyabrın 18-də Peru yığmaları ilə oyunlarda iştirak üçün Argentina yığmasının heyətinə çağırılıb. Məhz bu məqam Messinin “Sinsinnati” ilə oyunda iştirakını təxmin edir. Belə ki, bu, MLS-in cari mövsümündə superulduzun evdə “vağlar”ın heyətində sonuncu oyunu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın