Lionel Skaloni daha 4 il Argentina millisində!

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni ilə müqavilənin müddəti uzadılıb. Arena.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 44 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Lionel Skaloni 2018-ci ilin avqust ayından bu komandaya rəhbərlik edir. Argentina yığması 2021-ci ildə onun rəhbərliyi altında Amerika Kubokunun qalibi olub. Komanda gənc mütəxəssisin rəhbərliyi altında bütövlükdə 49 matça çıxıb, 33 qələbə qazanıb, 12 heç-heçə edib və cəmi 4 görüşdə uduzub.

Argentina yığması Skaloninin məşqçi kimi ilk iş yeridir. O, futbolçu kimi millidə cəmi 7 oyun keçirib, “Nyuells Old Boyz”, “Estudiantes”, “Deportivo”, “Vest Hem”, “Rasinq”, “Latsio”, “Malyorka” və “Atalanta” kimi klublarda forma geyinib.