Liqa 1: “Brest” 4, “Nant” və “Olimpik” 3 qolla qalib gəldilər

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Brest” doğma meydanda “Sent Etyen”i 4 cavabsız qolla məğlub edib.

Dörd qolun qeydə alındığı “Monpelye” – “Nant” matçında qonaqlar inamlı qələbəyə seviniblər.

“Tuluza”nın qonağı olan Marsel “Olimpik”i də oxşar hesabla qələbə qazanıb.

3-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
3-cü tur
30 avqust

Olimpik (Lion) – Strasburq 4:3
Qollar: Tolisso, 45+2. Meytlend-Naylz, 61. Orban, 63; 72 – Nanasi, 3. A.Santos, 48. Emeqa, 58.

31 avqust

Brest – Sent Etyen 4:0
Qollar: M.Kamara, 10. Del Kastilyo, 32-pen. Ayork, 77. Lala, 84-pen.

Monpelye – Nant 1:3
Qollar: Adams, 30 – Ablin, 24. Simon, 45+6-pen. M.Məhəmməd, 85.

Tuluza – Olimpik (Marsel) 1:3
Qollar: Babiçka, 90 – Qrinvud, 16; 17. Kressuell, 52-öz qapısına.

1 sentyabr

17:00. Monako – Lans
19:00. Anje – Nitsa
19:00. Havr – Oser
19:00. Reyms – Renn
22:45. Lill – PSJ