Liqa 1-də 17-ci tura yekun vuruldu

Futbol üzrə Fransa Liqa 1-də 17-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.

Dörd qolun qeydə alındığı “Bordo” – “Olimpik” (Lion) matçında qalib müəyyənləşməyib.

“Monako” “Mets”i, “Monpelye” isə “Klermon”u məğlub yola salıb.

“Sent-Etyen” evdə “Renn”ə, “Loryan” “Nant”a, “Reyms” “Anje”yə, “Nitsa” isə “Strasburq”a uduzub.

Fransa Liqa 1
17-ci tur
4 dekabr

Olimpik (Marsel) – Brest 1:2
Qol: Jerson, 29 – Fevr, 53-pen. Honorat, 70.

Lill – Trua 2:1
Qol: David, 48. Jirodon, 85-öz qapısına – Dinyom, 6.

Lans – PSJ 1:1
Qol: Fofana, 62 – Veynaldum, 90+2.

5 dekabr

Sent-Etyen – Renn 0:5
Qol: Terrye, 22; 28; 48. Makon, 45-öz qapısına. Uqoçukvu, 83.

Loryan – Nant 0:1
Qol: Siprien, 83.

Monako – Mets 4:0
Qol: Diop, 2. Volland, 44-pen. Martins, 57. Ben Yedder, 87.

Monpelye – Klermon 1:0
Qol: Vahi, 28.

Reyms – Anje 1:2
Qol: Ekitike, 59-pen – Bufal, 49-pen. Fulgini, 75.

Nitsa – Strasburq 0:3
Qol: Ayorke, 21. Diallo, 81. Tomasson, 84.

Bordo – Olimpik (Lion) 2:2
Qol: Qusto, 36-öz qapısına. Elis, 58 – Denayer, 29. Mendes, 41.