Liqa 1-də qonaqlar üçün qara gün

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 23-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə yeddi qarşılaşma baş tutub.

“Anje” – “Oser” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Günün qalan qarşılaşmalarının hamısı meydan sahiblərinni qələbəsiylə yekunlaşıb. Belə ki, “Tuluza” “Renn”i, “Lill” “Strasburq”u, “Monpelye” “Brest”i, “Reyms” “Trua”nı, “Nant” “Loryan”ı, Lion “Olimpik”i isə “Lans”ı məğlub yola salıb.

Beləliklə, 23 turdan sonra 54 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 49 xalla ikinci, “Monako” 47 xalla üçüncü pillədə qərarlaşıb. “Lans”ın 46, “Lill”in 41, “Renn”in 40, “Nitsa”nın 37, “Loryan”ın 36, Lion “Olimpik”nin isə 35 xalı var.

Fransa, Liqa 1
23-cü tur
10 fevral

Nitsa – Ayaçço 3:0
Qol: Dante, 3. Brahimi, 69; 90.

11 fevral

Monako – PSJ 3:1
Qol: Qolovin, 4. Ben Yedder, 18; 45+1 – Emeri, 39.

Klermon – Olimpik (Marsel) 0:2
Qol: A.Sançes, 44-pen; 81.

12 fevral

Tuluza – Renn 3:1
Qol: Ratao, 27. Abuxlal, 28. Dallinqa, 37 – Ruo, 55-öz qapısına.

Anje – Oser 1:1
Qol: Raveloson, 2-öz qapısına – Ablin, 22-pen.

Lill – Strasburq 2:0
Qol: David, 23-pen; 26.

Monpelye – Brest 3:0
Qol: Herell, 4-öz qapısına. Savanye, 17. Vahi, 54.

Reyms – Trua 4:0
Qol: Munetsi, 10. Maolida, 44. Baloqun, 50. Kayuste, 82.

Nant – Loryan 1:0
Qol: Blas, 66.

Olimpik (Lion) – Lans 2:1
Qol: Lakazette, 23. Şerki, 64 – Maçado, 39.