Liqa 1: İlk qələbə Lion “Olimpik”inə qismət oldu

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

1-ci turun açılış oyununda Lion “Olimpik”i doğma meydanda “Ayaçço” ilə qarşılaşıb. Lion təmsilçisi bu oyundan qələbə ilə ayrılıb.

İlk turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

Fransa, Liqa 1
1-ci tur
5 avqust

Olimpik (Lion) – Ayaçço 2:1
Qol: Tete, 12. Lakazette, 21-pen – Manqani, 31-pen.