Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 8-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçında “Monpelye” və “Klermon” komandaları üz-üzə gəliblər.
“Monpelye”nin meydanında baş tutan qarşılaşmada tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Monpelye” Fransa çempionatının cari mövsümünün geridə qalan 13 turunda topladığı 13 xalla 13-cü pillədə qərarlaşıb. “Klermon” isə 10 xalla 17-cidir.
Fransa, Liqa 1
8-ci tur
29 noyabr
Monpelye – Klermon 1:1
Qollar: Savanye, 87-pen – Qonalon, 7.