Liqa 1: “Lans” “Strasburq”u səfərdə tək qolla məğlub etdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Strasburq” doğma meydanda “Lans”la üz-ə gəlib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

7-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

Fransa, Liqa 1
7-ci tur
29 sentyabr

Strasburq – Lans 0:1
Qol: Vahi, 16.

30 sentyabr

19:00. Klermon – PSJ
23:00. Monako – Olimpik (Marsel)

1 oktyabr

15:00. Reyms – Olimpik (Lion)
17:00. Havr – Lill
17:00. Nitsa – Brest
17:00. Tuluza – Mets
19:05. Loryan – Monpelye
22:45. Renn – Nant