Liqa 1: “Lans”a qələbə üçün 1 qol bəs etdi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 7-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış qarşılaşmasında “Lans” “Trua”nı qəbul edib. Matçın taleyini bir qol həll edib. Meydan sahibləri ilk yarıda vurduqları yeganə qol sayəsində 3 xala seviniblər.

Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
7-ci tur
9 sentyabr

Lans – Trua 1:0
Qol: Danso, 39.

10 sentyabr

19:00. PSJ – Brest
23:00. Olimpik (Marsel) – Lill

11 sentyabr

15:00. Strasburq – Klermon
17:00. Ayaçço – Nitsa
17:00. Anje – Monpelye
17:00. Loryan – Nant
17:00. Tuluza – Reyms
19:05. Renn – Oser
22:45. Monako – Olimpik (Lion)