Liqa 1: “Lill” 1, Marsel “Olimpik”i 5 qolla qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Reyms”lə qarşılaşan “Lill” ikinci hissədə vurduğu tək qolla vacib 3 xala yiyələnib.

“Klermon”un qonağı olan Marsel “Olimpik”i isə rəqibini darmadağınla yenib.

24-cü turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
24-cü tur
1 mart

Monako – PSJ 0:0

2 mart

Reyms – Lill 0:1
Qol: David, 56.

Klermon – Olimpik (Marsel) 1:5
Qollar: Butobba, 53 – Ndiaye, 23. Obameyanq, 59. Klauss, 67. L.Enrike, 80. Mumbaqna, 90+1.

3 mart

16:00. Tuluza – Nitsa
18:00. Brest – Havr
18:00. Monpelye – Strasburq
18:00. Nant – Mets
20:05. Renn – Loryan
23:45. Olimpik (Lion) – Lans