Liqa 1: Lion “Olimpi”i və “Monako” səfərdə sevindilər

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Klermon” – “Brest” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Loryan” doğma meydanda “Reyms” üzərində qələbəyə sevinib. Günün digər oyunları qonaqların qələbəsiylə yekunlaşıb. “Havr” evdə “Renn”ə, “Tuluza” “Nant”a, “Monpelye” Lion “Olimpik”inə, “Nitsa” isə “Monako”ya məğlub olub.

Beləliklə, 21 turdan sonra 50 xala malik PSJ vahid liderdir. “Nitsa” 39 xalla ikinci, “Monako” 38 xalla üçüncü, “Brest” 37 xalla dördüncü pillədə qərarlaşıb. “Lill” və “Lans” 35, “Renn” 31, Marsel “Olimpik”i və “Reyms” 30, “Strasburq” 25, “Havr” 24, “Nant” ilə Lion “Olimpik”i də 22 xal toplayıblar.

Fransa, Liqa 1
21-ci tur
9 fevral

Olimpik (Marsel) – Mets 1:1
Qollar: Mumbanya, 56 – Udol, 61.

10 fevral

Lans – Strasburq 3:1
Qollar: Vahi, 16. P.Da Kosta, 30. Sotoka, 58 – Delayne, 43.

PSJ – Lill 3:1
Qollar: Q.Ramos, 10. Alexsandro, 17-öz qapısına. Kolo Muani, 80 – Y.Yazıcı, 6.

11 fevral

Havr – Renn 0:1
Qol: Buriqe, 60.

Klermon – Brest 1:1
Qollar: Kyei, 69 – Melu, 50.

Loryan – Reyms 2:0
Qollar: Bamba, 70. Bakayoko, 87.

Tuluza – Nant 1:2
Qollar: Dallinqa, 90+5 – M.Məhəmməd, 2. Kadevere, 51.

Monpelye – Olimpik (Lion) 1:2
Qollar: Nordin, 23 – Lakasette, 74. Sakere, 82.

Nitsa – Monako 2:3
Qollar: Laborde, 37-pen. Gessan, 74 – Zakariya, 16; 50. Qolovin, 77.