Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.
“Lill” – “Nant” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Sent Etyen” doğma meydanda qarşılaşdığı “Reyms”lə oyundan inamlı qələbə ilə ayrılıb. Lion “Olimpik”i isə “Monpelye” ilə ev oyununda çətin qələbəyə sevinib.
Turun qalan görüşləri yanvarın 5-də baş tutacaq.
Xatırladaq ki, 16-cı turun “Monako” – PSJ görüşü dekabrın 19-da keçirilmişdi və Paris təmsilçisinin 4:2 hesablı qələbəsiylə yekunlaşmışdı.
Fransa, Liqa 1
16-cı tur
3 yanvar
Nitsa – Renn 3:2
Qollar: Gessan, 12. Diop, 34. Laborde, 45+5 – Kalimuendo, 27. Truffert, 49.
4 yanvar
Sent Etyen – Reyms 3:1
Qollar: Boakye, 50; 57. Stassin, 80 – Nakamura, 42.
Lill – Nant 1:1
Qollar: Qudmundsson, 40 – Abline, 70-pen.
Olimpik (Lion) – Monpelye 1:0
Qol: Fayad, 90+1-öz qapısına.
5 yanvar
18:00. Anje – Brest
18:00. Lans – Tuluza
18:00. Strasburq – Oser
23:45. Olimpik (Marsel) – Havr