Futbol üzrə Fransa çempionatında (Liqa 1) 10-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Lion “Olimpik”i doğma meydanda “Tuluza” ilə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
10-cu turun qalan qarşılaşmaları şənbə və bazar günlərində baş tutacaq.
Fransa, Liqa 1
10-cu tur
7 oktyabr
Olimpik (Lion) – Tuluza 1:1
Qol: Tete, 2 – Ratao, 67.
8 oktyabr
19:00. Olimpik (Marsel) – Ayaçço
23:00. Reyms – PSJ
9 oktyabr
15:00. Monpelye – Monako
17:00. Anje – Strasburq
17:00. Brest – Loryan
17:00. Klermon – Oser
17:00. Nitsa – Trua
19:05. Renn – Nant
22:45. Lill – Lans