Liqa 1: Lion “Olimpik”i uduzdu, Marsel “Olimpik”i qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 35-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Tuluza” – “Nant” və “Monako” – “Lill” matçlarında qapılara qol vurulmayıb. İki qolun qeydə alındığı “Monpelye” – “Loryan” görüşündə də qalib müəyyənləşməyib.

Lion “Olimpik”i səfərdə “Klermon”a məğlub olub. “Brest” “Oser”i, “Renn” də “Trua”nı məğlub yola salıb. Marsel “Olimpik”i isə “Anje” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Beləliklə, 35 turdan sonra 81 xala malik PSJ vahid liderdir. “Lans” 75 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 65, “Lill”in 60, “Renn”in 59, Lion “Olimpik”inin 56, “Klermon”un 53, “Loryan”ın 52, “Nitsa”nın 51, “Reyms”in 50 xalı var.

Fransa, Liqa 1
35-ci tur

12 may

Lans – Reyms 2:1
Qol: Frankovski, 40-pen. Fofana, 55 – Baloqun, 23-pen.

13 may

Strasburq – Nitsa 2:0
Qol: H.Diallo, 1; 59-pen.

PSJ – Ayaçço 5:0
Qol: F.Ruis, 22. Hakimi, 33. Mbappe, 47; 54. M.Yussuf, 73-öz qapısına.

14 may

Klermon – Olimpik (Lion) 2:1
Qol: Kiey, 25-pen; 65 – Lakazette, 22.

Brest – Oser 1:0
Qol: Le Duaron, 69.

Monpelye – Loryan 1:1
Qol: Mauassa, 90+3 – Fevr, 68.

Renn – Trua 4:0
Qol: Teate, 14. Buriqe, 65. Ekambi, 70; 74.

Tuluza – Nant 0:0

Monako – Lill 0:0

Olimpik (Marsel) – Anje 3:1
Qol: A.Sançes, 34. Payet, 48. Veretu, 76-pen – Sima, 28.

Xəbəri istədiklərinizlə paylaşın