Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Nitsa” – “Anje” matçında meydan sahibləri qələbə qazanıblar. “Reyms” “Tuluza”nı tək qolla yenib. “Lill” evdə “Oser”ə, “Lans” isə səfərdə “Brest”ə oxşar hesabla (3:1) qalib gəlib. “Sent Etyen” də doğma meydanda Lion “Olimpik”i üzərində qələbəyə sevinib.
Beləliklə, geridə qalmış 30 turdan sonra Liqa 1-in yarış cədvəlinə çempionluğu bir neçə tur öncə təmin etmiş PSJ liderlik edir. Paris təmsilçisinin 77 xalı var. Marsel “Olimpik”i 55 xalla ikinci, “Monako” 54, “Lill” 53, “Nitsa”, Lion “Olimpik”i və “Strasburq” 51 xal toplayıblar.
Fransa, Liqa 1
30-cu tur
18 aprel
Renn – Nant 2:1
Qollar: Truffer, 23. Meyte, 86 – M.Məhəmməd, 54.
19 aprel
PSJ – Havr 2:1
Qollar: Due, 8. Q.Ramos, 50 – Sumare, 60.
Monako – Strasburq 0:0
Olimpik (Marsel) – Monpelye 5:1
Qollar: Qrinvud, 8-pen; 67. Bille, 60-öz qapısına. Rou, 74. Rabyo, 90 – Minkarelli, 83.
20 aprel
Lill – Oser 3:1
Qollar: Munye, 9. David, 43; 90+7 – Alexsandro, 90+2-öz qapısına.
Brest – Lans 1:3
Qollar: Melu, 13 – Koyalipu, 17. Əl-Aynaui, 45+7-pen. Said, 90.
Nitsa – Anje 2:1
Qollar: Rosario, 36. Abdi, 47 – Belxdim, 52.
Reyms – Tuluza 1:0
Qol: Sibaço, 39.
Sent Etyen – Olimpik (Lion) 2:1
Qollar: Stassin, 10; 67 – Tessmann, 76.