Liqa 1: “Loryan”dan “Oser” üzərində inamlı qələbə

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 8-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Oser” doğma meydanda “Loryan”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındğı matçda qonaqlar inamlı qələbəyə seviniblər.

8-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərində keçiriləcək.

Fransa, Liqa 1
8-ci tur

16 sentyabr

Oser – Loryan 1:3
Qol: Hayn, 50 – Uattara, 15. Moffi, 36. Le Fi, 42.

17 sentyabr

19:00. Monpelye – Strasburq
23:00. Lill – Tuluza

18 sentyabr

15:00. Reyms – Monako
17:00. Brest – Ayaçço
17:00. Klermon – Trua
17:00. Olimpik (Marsel) – Renn
17:00. Nitsa – Anje
19:05. Nant – Lans
22:45. Olimpik (Lion) – PSJ