Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Marsel “Olimpik”i ilə “Strasburq” komandaları üz-üzə gəliblər. Qarşılaşmanın 3-cü dəqiqəsində hesabı açan Marsel təmsilçisi bu üstünlüyünü 90+1-də əldən verib. Yekunda tərəflər hərəyə 1 xalla kifayətləniblər.
18-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
Fransa, Liqa 1
18-ci tur
12 yanvar
Olimpik (Marsel) – Strasburq 1:1
Qollar: Jiqo, 3 – Sebas, 90+1.
13 yanvar
20:00. Monako – Reyms
00:00. Renn – Nitsa
14 yanvar
16:00. Lill – Loryan
18:00. Brest – Monpelye
18:00. Mets – Tuluza
18:00. Nant – Klermon
20:05. Havr – Olimpik (Lion)
23:45. Lans – PSJ