Liqa 1: “Monako” evdə, “Nitsa” səfərdə uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Monako” doğma meydanda “Reyms”ə məğlub olub. “Renn” isə “Nitsa” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

18-ci turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
18-ci tur
12 yanvar

Olimpik (Marsel) – Strasburq 1:1
Qollar: Jiqo, 3 – Sebas, 90+1.

13 yanvar

Monako – Reyms 1:3
Qollar: Ben Yedder, 49 – Teuma, 35. Xadra, 55. Matusiva, 90+4.

Renn – Nitsa 2:0
Qollar: Buriqe, 31-pen. Kalimuendo, 54.

14 yanvar

16:00. Lill – Loryan
18:00. Brest – Monpelye
18:00. Mets – Tuluza
18:00. Nant – Klermon
20:05. Havr – Olimpik (Lion)
23:45. Lans – PSJ